OXATMA ÜZRƏ ÖLKƏ ÇEMPİONATI BAŞA ÇATDI
Oxatma Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kişilər arasında 90, 70, 50 və 30 metr məsafələrə oxatma yarışlarında birinci və ikinci yerləri “Lokomotiv”in nümayəndələri, müvafiq olaraq, Roman Vengerov və Emin Akçurin tutmuşlar. Sumqayıtlı Tahir Adilov bürünc medal qazanmışdır.
Qadınlar 70, 60, 50 və 30 metr məsafələrə oxatmada yarışmışlar. Burada birinci yerə “Lokomotiv”in nümayəndəsi Zahirə Orucova, ikinci yerə həmin cəmiyyətin üzvü Svetlana Simonova layiq görülmüşlər. “Məhsul” idman cəmiyyətinin üzvü Lalə Abdullayeva üçüncü yeri tutmuşdur.
Yarışın qalibləri bu ilin sentyabrında Batumidə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan yığma komandasının tərkibinə daxil olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]