Özbəkistan Çin şirkətinin hazırladığı “ZF 2001” vaksininin həmmüəllifi kimi tanınıb
Daşkənd, 17 fevral, AZƏRTAC
Özbəkistan Çinin “Zhifei Loncom Biofharmaceutical” şirkətinin hazırladığı “ZF 2001” vaksininin həmmüəllifi kimi tanınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda şirkətin səlahiyyətli nümayəndəsi Dinq Fan Özbəkistan mətbuatına verdiyi müsahibəsində bildirib.
O deyib ki, bu günədək Özbəkistanda 7 minə yaxın insan bu vaksinin birinci, 3 minə yaxın insan isə ikinci dozası ilə peyvənd edilib. Peyvənd zamanı və sonra vaksinin insan orqanizminə ciddi mənfi təsiri qeydə alınmayıb. Bununla belə bəzi insanlarda allergik reaksiya, yüksək hərarət və başağrısı müşahidə edilib.
Dinq Fan bildirib ki, həmmüəllif olduğuna görə bu vaksinin satışında Özbəkistana güzəşt olunacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]