Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistan və Azərbaycan: münasibətlər strateji tərəfdaşlığın yeni səviyyəsinə çıxır

Prezident İlham Əliyevin Özbəkistana tarixi səfərinə sözardı

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-22-də Özbəkistanda dövlət səfərində olub. Əlamətdar haldır ki, bu, koronavirus pandemiyası nəticəsində yaranan iki ildən artıq fasilədən sonra dövlət başçısının xarici ölkəyə ilk dövlət səfəri idi və səfərin məhz Özbəkistana edilməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Bunun parlaq sübutu odur ki, Prezident İlham Əliyevin Özbəkistan torpağına qədəm basdığı ilk saatlarda Daşkəndin Mirabad rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanın, küçənin və onun barelyefinin açılışı oldu. Bu hadisə bir tərəfdən, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına böyük töhfə vermiş görkəmli siyasi və dövlət xadiminin xatirəsinə ehtiram əlaməti, digər tərəfdən - Özbəkistanın və özbək xalqının ölkəmizə əsl qardaşlıq və dostluq münasibətinin təzahürü idi.

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq son illər yeni dinamika və xarakter alıb. Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə tez-tez qurulan əlaqələr buna sübutdur. Hər iki ölkə beynəlxalq gündəlikdə duran əsas məsələlər barədə, o cümlədən təhlükəsizliyə müasir təhdid və çağırışlara qarşı mübarizə, nüvə silahının yayılmaması rejiminin möhkəmləndirilməsi, insan haqlarının qorunması, dayanıqlı inkişaf hədəflərinin reallaşdırılması sahəsində oxşar mövqelər tutur. Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində ölkəmizi qətiyyətlə və ardıcıl şəkildə dəstəkləyən Özbəkistan bunu müxtəlif beynəlxalq platformalarda da bəyan edib.

İki dövlətin ticari-iqtisadi əlaqələrinin inkişafının müsbət dinamikası 2016-cı ildən bəri əmtəə dövriyyəsinin təqribən 6 dəfə artmasını səciyyələndirən rəqəmlərdə öz əksini tapır. Azərbaycan və Özbəkistan arasında ticarətin həcmi cari ilin yanvar-aprel aylarında 50,1 milyon dollar, o cümlədən ixrac - 33,5 milyon dollar, idxal - 16,6 milyon dollar təşkil edib. İki ölkə arasında ticarət münasibətləri azad ticarət rejimində həyata keçirilir. 1998-ci ildə yaradılmış Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya ticari-iqtisadi əlaqələrin inkişafı üçün səmərəli mexanizmdir. Bu gün Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə 234 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrin fəaliyyətinin əsas sahələri - ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlakla bağlı əməliyyatlar, energetika, xidmətlər sferası, zərgərlik məmulatlarının istehsalı və təmiri, qida sahəsi, yüngül sənayedir. Hacıqabulda avtomobillərin birgə istehsalının yaradılması iki ölkənin uğurlu kooperasiyasının nümunəsidir. Özbəkistan tərəfi Azərbaycanda ipəkçiliyin dirçəldilməsinə kömək göstərib.

Bununla yanaşı, danışıqların gedişində dövlət başçılarının qeyd etdiyi kimi, iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı fəaliyyətin mövcud olan nəhəng potensialından heç də tam istifadə olunmayıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğulayıb: “Bu gün biz razılaşdıq ki, komandalarımızın və ya nümayəndə heyətlərimizin hazırladığı rəqəmlər üzərində dayanmayacağıq, çünki rəqəmlər heç nə demir. Əlbəttə, mən deyə bilərəm ki, onlar altı dəfə artıb, lakin məcmu halda onlar bizim münasibətlərimizə, imkanlarımıza uyğun gəlmirsə və biz dedik ki, sıfırdan başlayaq, çox real, bütün istiqamətlərdə, iqtisadiyyatımızın bütün sahələrində geniş əhatəli layihələri inkişaf etdirək”. O qeyd edib ki, tərəflər qarşılıqlı fəaliyyəti mühüm şəkildə aktivləşdirmək barədə razılığa gəliblər və bunun üçün geniş imkanlar mövcuddur. Səfər ərəfəsində yarım milyard dollardan çox həcmdə imzalanan müqavilələr bu potensialın bariz sübutudur. Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində konkret layihələr üzərində iş gedir. Birgə investisiya fondunun yaradılması barədə razılıq əldə olunub. Özbəkistan tərəfi öz yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmasına maraq göstərdi. Bütövlükdə, tərəflər yeni nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyətlərini ifadə etdilər ki, bu da təkcə Azərbaycana və Özbəkistana deyil, həm də region dövlətlərinin çoxuna mənfəət vəd edir.

Kənd təsərrüfatı sahəsində də yeni layihələr nəzərdə tutulur. Məsələn, Özbəkistan aqrar sektorun rəqəmsallaşdırılması sahəsində mühüm nailiyyətlərə imza atmış Azərbaycanın təcrübəsini öyrənməyə hazır olduğunu bəyan edib. Kənd təsərrüfatı sahəsində birgə investisiya layihələrinin icrası hər iki ölkəyə öz ərzaq təhlükəsizliyini möhkəmlətmək imkanı verəcək ki, bu da dünyada indiki çətin vəziyyətdə ön plana çəkilir. Bundan əlavə, regionlararası əlaqələrin dərinləşdirilməsi də planlaşdırılır.

Danışıqların yekununa görə, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bir çox sahələrini əhatə edən 12 sazişdən ibarət sanballı sənədlər paketi imzalanıb. Onlardan ən əsası prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin imzaladıqları Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında Bəyannamə oldu. Dövlətimizin başçısının vurğuladığı kimi, bu baza sənədi olduqca qlobal xarakter daşıyır, münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarır və mahiyyət etibarilə, gələcək fəaliyyətin yol xəritəsi rolunu oynayır. Bu sənəddə xarici siyasət prioritetləri əks olunub, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəyi ifadə olunub, həyat fəaliyyətinin bir çox istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Digər sənədlər hərbi və hərbi-texniki, nəqliyyat, sənaye, innovasiya, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahələrində qarşılıqlı fəaliyyət, siyasi dialoqun, regionlararası əməkdaşlığın inkişafı barədədir. Beləliklə, ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazası Prezident İlham Əliyevin dövlət səfəri zamanı imzalanan sazişlər də nəzərə alınmaqla, artıq təqribən 150 sənəd təşkil edir.

Mühüm məqam o oldu ki, prezidentlər bütün imzalanan sənədlərin və əldə olunan razılaşmaların icrası üzrə şəxsən nəzarət etmək funksiyasını öz üzərlərinə götürdülər, belə yanaşmanın səmərəliliyinə əmin olduqlarını bildirdilər. “Bu məsələlərin icrası isə ona gətirib çıxaracaq ki, ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Həmçinin qərara alınıb ki, hökumətlərarası komissiyanın həmsədrləri hər ay görüş keçirəcək və fikir mübadiləsi aparacaq, ikitərəfli ticarətə və məhsulların tranzitinə maneələrin aradan qaldırılması üçün xüsusi işçi qrupu yaradılacaq. İki ölkənin hökumətlərinin üzvləri və müvafiq qurumların rəhbərləri nəzərdə tutulan işlərin icrası barədə çox tezliklə hesabat verməli olacaqlar - payızda Səmərqənddə prezidentlərin yeni görüşü planlaşdırılıb.

Azərbaycan və özbək xalqlarının tarixinin, dininin və mədəni köklərinin ümumiliyi iki ölkənin mədəni-humanitar sahədə əməkdaşlığının dərinləşməsini və genişlənməsini də şərtləndirir. Tərəflər qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi, turizm sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirmək, ali məktəblər, elmi müəssisələr, gənclər təşkilatları arasında mübadilə və əlaqələri artırmaq barədə razılığa gəliblər.

Təqdirəlayiq haldır ki, səfər zamanı dövlət başçılarının hərəsi tez-tez öz ana dilində danışır və bir-birini çox gözəl başa düşür, tərcüməçi xidmətindən istifadə etmirdilər. Prezident İlham Əliyev deyib: “Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini”.

Səfəri qiymətləndirərkən dövlətimizin başçısı bir neçə dəfə “tarixi” sözündən istifadə etdi. İmzalanan sənədlər əsasında əldə olunan razılaşmalar, gələcək üçün irimiqyaslı planlar, siyasətdən mədəniyyətə, təhsildən turizmə qədər - praktiki olaraq bütün sahələri əhatə edən yeni layihələrin nəzərdə tutulması - bütün bunlar “tarixi” sözünün yerində işlədilməsindən xəbər verir. Nəticə Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın yeni səviyyəsi olacaq ki, bu da Mərkəzi Asiya və Qafqaz regionlarında əməkdaşlığın, sülhün və sabitliyin təməlinə çevriləcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik