Özbəkistanda COVID-19 koronavirusundan 3014 nəfər sağalıb
Daşkənd, 4 iyun, AZƏRTAC
Bu günədək Özbəkistanda COVID-19 koronavirusundan 3014 nəfər sağalıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkədə bu virusa yoluxanların sayı 3874-ə çatıb, 844 xəstə müalicə edilir, 16 nəfər ölüb.
Bildirilir ki, 9 pasiyentin vəziyyəti ağır olaraq qalır.
Özbəkistan Nazirlər Kabineti nəzdindəki Operativ Qərargahın yaydığı məlumata görə ölkənin sarı və yaşıl regionlara aid olan ərazilərində iyunun 15-dən kafe, restoran, uşaq bağçaları, geyim bazarları açılacaq. Həmin gündən ölkədə şəhərlərarası avtobusların hərəkəti də bərpa olunacaq.
Xatırladırıq ki, iyunun 1-dən isə sanatoriya, idman klubları açılıb, ev şəraitində toy və digər şənliklərin keçirilməsinə icazə verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]