Özbəkistanın Xarici İşlər naziri Türk Şurasının Bakıda keçiriləcək iclasında iştirak edəcək
Daşkənd, 5 fevral, АZƏRTAC
Özbəkistanın Xarici İşlər naziri Abdulaziz Kamilovun rəhbərliyi ilə nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Xarici İşlər nazirlərinin fevralın 6-da Bakıda keçiriləcək növbədənkənar iclasında iştirak edəcək.
AZƏRTAC Özbəkistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Abdulaziz Kamilovun Türk Şurasının üzvü olan ölkələrin Xarici İşlər nazirləri ilə görüşü də nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsinin Türk Şurasının tamhüquqlu üzv olması ilə bağlı sənəd imzalayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]