PAKİSTAN QƏZETİNDƏ SOYQIRIMINDAN BƏHS EDƏN MƏQALƏ DƏRC OLUNMUŞDUR
Ölkəmizin İslamabaddakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Pakistanın nüfuzlu qəzetlərindən olan “Pakistan Observer”in 31 mart tarixli nömrəsində “Azərbaycanlıların soyqırımı günü” sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi nəticəsində Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesinin sürətləndirilməsi, erməni millətçilərinin xalqımıza qarşı soyqırımı və təcavüz siyasətinin tarixi, o cümlədən, 1905-1906-cı və 1918-ci illərdə ermənilərin Gəncə, Qazax, Qarabağ, Zəngəzur, Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər bölgələrdə törətdikləri kütləvi qətllər, 1918-1920, 1948-1953, 1988-1989-cu illərdə yüz minlərlə azərbaycanlının tarixi-etnik torpaqlarından deportasiya edilməsi barədə məlumat verilir. Bundan əlavə, məqalədə Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etməsindən, Xocalıda törətdikləri qanlı qırğından və digər faciəli hadisələrdən bəhs olunur.
Azərbaycanın Pakistandakı səfirliyi erməni millətçilərinin xalqımıza qarşı soyqırımı və təcavüz siyasəti ilə əlaqədar xüsusi material hazırlayaraq İslamabadda akkreditə olunmuş səfirliklərə, nümayəndəliklərə, beynəlxalq təşkilatlara, Pakistan Xarici İşlər Nazirliyinə, mətbuat və informasiya agentliklərinə göndərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]