Pakistan şirkəti Azərbaycana əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlıdır
Bakı, 11 yanvar, AZƏRTAC
Pakistanın İBL şirkəti Azərbaycanın sənaye zonalarında əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlıdır.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Elşad Nuriyev Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və bu ölkənin ən böyük şirkətlərindən olan İBL Qrupun baş icraçı direktoru Seyid Nadim Əhmədlə görüşüb. Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayan Elşad Nuriyev, pakistanlı iş adamlarını Azərbaycanın sənaye zonalarına sərmayə qoymağa dəvət edib.
Görüşdə İBL şirkətinin sənaye zonalarında əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlı olduğu diqqətə çatdırılıb, Pirallahı Sənaye Parkının rezidentləri ilə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]