Pakistanda avtobus qəzasında 11 nəfər həlak olub

Bakı, 7 aprel, AZƏRTAC
Pakistanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində qadın və uşaqlar da daxil olmaqla, azı 11 nəfər ölüb, səkkiz nəfər isə yaralanıb. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara aparılıb.
AZƏRTAC xəbər verir ki, yerli polis idarəsinin məlumatına görə, qəza ölkənin şərqindəki Pəncab əyalətinin Caranvala rayonunda baş verib. Sürətlə hərəkət edən avtobusun rikşa ilə toqquşması nəticəsində altı nəfər hadisə yerində, yaralanan beş nəfər isə xəstəxanaya aparılarkən yolda həyatını itirib. Həkimlər yaralılardan üçünün vəziyyətinin ağır olduğunu bildirirlər.
İlkin araşdırmalara görə, qəza avtobus sürücüsünün sürət həddini aşması və səhlənkarlığa yol verməsi səbəbindən meydana gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2025 [19:03]
Serbiya silah-sursat ixracını dayandırıb
- 23.06.2025 [19:00]
İtaliya İrandakı səfirliyini Omana köçürə bilər
- 23.06.2025 [18:14]
Gürcüstanda müxalif koalisiyanın üç üzvü həbs olunub
- 23.06.2025 [17:47]
Qazaxıstan İrandan və İsraildən 296 vətəndaşını təxliyə edib
- 23.06.2025 [17:46]
Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil oldu
- 23.06.2025 [17:22]
Rusiya Prezidenti İranın xarici işlər nazirini qəbul edib
- 23.06.2025 [16:52]