Pakistanda terror aktı nəticəsində ölənlərin sayı 54 nəfərə yüksəlib
Bakı, 31 iyul, AZƏRTAC
Pakistanın şimal-qərbində yerləşən Hayber-Pahtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 54 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, hücum zamanı xəsarət alan 83 nəfər hazırda əyalətin tibb müəssisələrində müalicə alır.
İyulun 30-da Pakistanın hakim koalisiyasına daxil olan “İslam Alimləri Assambleyasının” qurultayında terror aktı törədilib. Partlayış nəticəsində 44 nəfər, o cümlədən partiyanın Baş katibi Har Ziyaullah hadisə yerində həlak olub.
Regionda fövqəladə vəziyyət rejimi elan edilib. Əyalətin Administrativ mərkəzi - Peşavar şəhərindəki xəstəxanalar gücləndirilmiş iş rejiminə keçirilib. Həkimlər yaralıların bir çoxunun kritik vəziyyətdə olduğunu bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]