Pakistanlı ekspert: Cənubi Qafqazda yeganə təcavüzkar və işğalçı Ermənistandır
Bakı, 15 sentyabr, AZƏRTAC
Ermənistan Cənubi Qafqaz regionunda yeganə təcavüzkar və işğalçıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəm bildirib.
Ekspert vurğulayıb ki, sosial şəbəkələrin Ermənistan seqmentində və bu ölkənin mediasında yayılan, guya Azərbaycanın Ermənistan ərazisinə qeyri-qanuni daxil olmasını iddia edən xəbərlər yalan və cəfəngiyyatdır.
“Regionda yeganə təcavüzkar və işğalçı Ermənistandır. Ermənistanın silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycanın Qarabağ iqtisadi rayonunda olması buna əyani sübutdur”, - deyə X.T.Əkrəm qeyd edib.