İDMAN
“Pari Sen-Jermen” David de Xeaya 17 milyon avroluq məvacib təklif edir
Bakı, 26 noyabr, AZƏRTAC
“Pari Sen-Jermen” (PSJ) klubu “Mançester Yunayted”in ispaniyalı qapıçısı David de Xeanı heyətinə qatmağa çalışır.
AZƏRTAC “Sport ekspress”ə istinadla xəbər verir ki, Fransa təmsilçisi qapıçıya illik 17 milyon avro məvacib təklif etməyə hazırlaşır. Razılaşma baş tutacağı halda dörd il müddətinə yeni müqavilənin imzalanması nəzərdə tutulur.
De Xea “Mançester Yunayted” ilə müqaviləsini yeniləməkdən imtina edib. Onun “qırmızı şeytanlar” ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
KİV-də yer alan xəbərlərə görə, “Yuventus” da qapıçının xidmətindən yararlanmaqda maraqlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]