“Paris-2024”: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib
Bakı, 25 iyul, AZƏRTAC
Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının cüdo yarışlarının püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.
Qadınlar
-48 kiloqram
Leyla Əliyeva - Xalimacon Kurbonova (Özbəkistan)
-52 kiloqram
Gültac Məmmədəliyeva - Anqelika Delqado (Amerika Birləşmiş Ştatları)
Kişilər
-60 kiloqram
Balabəy Ağayev - Simon Zulu (Zambiya) / Yin Kim Von (Cənubi Koreya) qarşılaşmasının qalibi ilə
-66 kiloqram
Yaşar Nəcəfov - Strahinya Bunçiç (Serbiya)
-73 kiloqram
Hidayət Heydərov - Tohar Butbul (İsrail) / Messaoud Redouane Dris (Əlcəzair)
-81 kiloqram
Zelim Tçkayev - Alfa Umar Calo (Fransa) / Abdelrahman Abdelqhani (Misir) görüşünün qalibi ilə
-90 kiloqram
Elcan Hacıyev - Mihael Zqank (Türkiyə)
-100 kiloqram
Zelim Kotsoyev - Tomas Briseno (Çili) / Piotr Kuçera (Polşa) görüşünün qalibi ilə
+100 kiloqram
Uşanqi Kokauri - Rafael Silva (Braziliya)
Xatırladaq ki, cüdo üzrə fərdi yarışlar iyulun 27-dən avqustun 2-dək keçiriləcək. Azərbaycanın cüdo üzrə milli komandası yarışda qadınlar və kişilər arasında 9 idmançı ilə təmsil olunacaq.
Cüdo yarışlarının ilk görüşləri hər gün Bakı vaxtı ilə saat 12:00-da, final bloku isə 18:00-da başlayacaq.