“Paris-2024”: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
Paris, 28 iyul, AZƏRTAC
Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədəliyeva "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, 52 kiloqramda çıxış edən idmançı ilk görüşündə ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkib.
Qızıl xal bölümündə rəqibinə vaza-ari ilə uduzan Azərbaycan millisinin bayraqdarı mübarizəni dayandırıb.
Bununla da Azərbaycanın dörd cüdoçusu Olimpiadada çıxışını başa vurub. Daha əvvəl Leyla Əliyeva (48 kiloqram), Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) yarışla erkən vidalaşıblar.
Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]