PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin deputatı Rəfael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələləri və İnsan Hüquqları Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 26-dan 29-dək Parisdə səfərdə olacaqdır.
İclasda İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiq olunmadığı ərazilərdə vəziyyət, Ombudsman təsisatı, hüquqi dövlətdə prokurorluğun rolu, dini azadlıq və sair məsələlər müzakirə ediləcəkdir.
X X X
Milli Məclisin deputatları Siyavuş Novruzov, Zeynəb Xanlarova, Yaqub Mahmudov, Rəfael Qafarov, Sabir Rüstəmxanlı, Asim Mollazadə, Əliməmməd Nuriyev NATO-nun Baş qərargahında keçiriləcək müzakirələrdə iştirak etmək üçün oktyabrın 27-dən 30-dək Brüsseldə səfərdə olacaqlar.
Tədbirdə NATO-Azərbaycan münasibətləri, terrorizmə qarşı mübarizədə təşkilatın rolu, müdafiə sahəsində islahatlar barədə fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin
Mətbuat xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]