Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib YENİLƏNİB

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən keçirilən dinləməni komitənin sədri Tahir Mirkişili açaraq, əvvəlcə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri ilə bağlı təbriklərini çatdırıb, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə rəhmət, yaxınlarına başsağlığı, yaralılarımıza şəfa diləyib. O, antiterror tədbirlərində əldə edilmiş uğurun regionda sülhün və əməkdaşlığın, həmçinin ölkə iqtisadiyyatının gələcək inkişafına daha geniş imkanlar yaradacağını söyləyib.

Komitə sədri bildirib ki, Rəqabət Məcəlləsinin layihəsi Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub.

Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bazar iqtisadiyyatına keçidin uğurla nəticələndiyini və ölkə iqtisadiyyatında əlavə dəyərin formalaşmasında özəl sektorun payının 83 faizdən çox olduğunu deyən komitə sədri son illərdə ölkədə aparılan iqtisadi islahatların, dövlətin bu istiqamətdə inzibati metodlardan daha çox tənzim metoduna keçməsinin sahibkarlar arasında ruh yüksəkliyi, eyni zamanda, iqtisadiyyatın inkişafında əsaslı fəallıq yaratdığını bildirib. O, yeni Rəqabət Məcəlləsinin qəbul olunmasının ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, sənədin ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, sənəd həm də istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək, sənədin hazırlanması prosesi, beynəlxalq təcrübə, sənəddəki yeni anlayışlar barədə məlumat verib. Bildirilib ki, sənədin qəbulu ilə iqtisadiyyatda özəl sektorun rolunun artırılması, bazar münasibətlərinin möhkəmləndirilməsi, müasir çağırışlara cavab verən azad, sağlam rəqabət mühitinin yaradılması təmin olunacaq. Həmçinin inhisarçılığa, sövdələşmələrə, o cümlədən digər bazar manipulyasiyalarına qarşı effektiv mübarizə aparılmasına əlverişli imkan yaranacaq.

Sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli yeni Rəqabət Məcəlləsinin təqdimatını edib. O, Məcəllənin hazırlanmasını zəruri edən amillərdən danışıb. Bildirilib ki, Prezidentin fərman və sərəncamlarında qoyulan tapşırıqlara uyğun olaraq yeni iqtisadi və sosial çağırışlara hazır olmaq, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafı təmin etmək, müasir tənzimləmə metodlarını tətbiq etmək üçün Avropa İttifaqının, həmçinin Türkiyənin, Rusiyanın, Qazaxıstanın bu sahədəki təcrübələri araşdırılıb, müvafiq beynəlxalq tövsiyə sənədləri və məhkəmə təcrübəsi öyrənilib.

M.Abbasbəyli qeyd edib ki, Məcəllənin əsas üstünlüklərindən biri bazarın sərhədinin dəqiq müəyyən edilməsidir. Diqqətə çatdırılıb ki, bu Məcəllənin əsas məqsədləri inhisarçılığı, haqsız rəqabəti aradan qaldırmaq, ölkədə rəqabət əsasında dayanıqlı iqtisadi inkişafı təmin etməkdir. Xidmət rəisi sənəddə təsbit olunan rəqabətə dövlət nəzarətinin tənzimlənməsi, dövlətin rəqabətə təsir formaları, məsuliyyət tədbirlərinin tətbiqi və digər alətlər barədə məlumat verib.

Müzakirələr zamanı Milli Məclisin komitə sədri Sadiq Qurbanov, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Etibar Əliyev, Vahid Əhmədov, Məşhur Məmmədov, Aydın Hüseynov, sahibkarlar assosiasiyalarının, ticarət palatalarının, QHT-lərin təmsilçiləri, ekspertlər və mütəxəssislər çıxış edib, layihə barədə fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Natiqlər yeni Məcəllənin ölkə iqtisadiyyatının inkişafına, biznes mühitinin əlverişliliyinin artırılmasına böyük təsir göstərəcəyini qeyd ediblər. Onlar Rəqabət Məcəlləsinin tətbiqi zamanı keçid dövrünün və işləmə mexanizminin müəyyən olunmasının, maraqların toqquşmasının və manipulyasiyaların qarşısının alınmasının vacibliyini bildiriblər. Həmçinin sənəddə əks olunan terminoloji yanaşmalar, dövlət nəzarəti orqanının müstəqilliyinin təmini, bazarda hökmran mövqeyin müəyyən olunması, təsərrüfat subyektlərinin davranışlarının qiymətləndirilməsi kimi məsələlərlə bağlı qeydlərini diqqətə çatdırıblar.

Sonda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dinləmədə qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib

“Çinin düyü mədəniyyəti” - seminar

Meksikalı pilot Serxio Peres: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib