PARTLAMAMIŞ HƏRBİ SURSATLARIN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ ÜZRƏ YENİ MÜTƏXƏSSİSLƏR HAZIRLANMIŞDIR
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, qurumun Xanlardakı Regional Bazasında 36 nəfərə partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi üzrə təlim keçirilmişdir.
Təlimi yerli və xarici ekspertlər keçmişlər. Müvafiq sertifikatlar alan PHS mütəxəssisləri fevralın 13-dən etibarən, ANAMA-nın Saloğludakı əməliyyatlarında iştirak edirlər.