PARTLAYICI OYUNCAQLAR TİCARƏT OBYEKTLƏRİNDƏN MÜSADİRƏ EDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İctimai Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları Əzizbəyov və Xətai rayonları ərazisindəki ticarət obyektlərindən 8500 ədəd yüksək səsyayma qabiliyyətinə malik partlayıcı oyuncaq aşkar edərək götürmüşlər.