Paytaxt məktəblərində IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək
Bakı, 8 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, sınaq qiymətləndirmə fevralın 9-da mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn formatda təşkil olunacaq.
Sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir. Sınaq qiymətləndirmə riyaziyyat, ingilis dili və təlim dili üzrə keçiriləcək.
Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat (14:00-17:00) vaxt veriləcək.
Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:55]
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
- 06.10.2026 [12:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi
- 06.10.2026 [11:56]
AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 06.10.2026 [00:08]