Paytaxt məktəbliləri qızıl və gümüş nişanla təltif olunublar
Bakı, 16 iyul, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 8-i gümüş nişana layiq görülüb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 60 (2 nəfər), 67, 86, 106, 111, 135, 149, 225, 244 (2 nəfər), 281 (2 nəfər), 287, 288, 314 nömrəli tam orta məktəblərin, 83, 220 nömrəli məktəb-liseylərin (4 nəfər) və Texniki Humanitar Liseyin şagirdləri qızıl, 60, 115, 215, 269, 326 nömrəli tam orta məktəblərin, 62 nömrəli məktəb-liseyin və 160 nömrəli Klassik Gimnaziyanın (2 nəfər) şagirdləri isə gümüş medalla təltif ediliblər.
Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:38]
MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir
- 16.10.2026 [15:57]
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar
- 16.10.2026 [15:40]