Paytaxt sakini: 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq arzusunu boğa bilmədi
Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya yeridilən qoşun dinc əhaliyə qarşı törətdiyi faciəyə baxmayaraq, Azərbaycan xalqının iradəsi qırılmadı, azadlıq arzusu boğulmadı.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Bakı şəhər sakini Səfurə Orucova deyib.
“O gecədə şəhid olanlar Azərbaycan tarixinin ən parlaq səhifəsini yazdılar və qanları bahasına xalqın müstəqilliyi yoluna işıq saçdılar. Həmin qanlı hadisələrdən 31 il keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsini unutmur və şəhidlərimizin xatirəsini əziz tutur. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Şəhidlərimizin qisası yerdə qalmadı. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirir”, - deyə S.Orucova qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]