Paytaxtda I sinfə qəbulla bağlı 37 minə yaxın sorğu yerləşdirilib
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-i (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 36 min 928 uşaq üçün elektron sistem vasitəsilə sorğu yerləşdirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı 7 835 elektron müraciət daxil olub. Müraciətlərdən 1 843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5 992-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.
Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir. Ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]
AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:22]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [22:13]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:51]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:50]