Paytaxtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Bakı, 7 mart, AZƏRTAC
Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun cəsədlərinin tapılması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə məlumatlar daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Qətlin münaqişə zəminində Z.Hacıyevanın əri A.Hacıyev və onun qardaşı tərəfindən törədilməsi təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib.
S.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]