CƏMİYYƏT
Paytaxtın Nizami və Suraxanı rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar
Bakı, 2 sentyabr, AZƏRTAC
Paytaxtın Nizami və Suraxanı rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 30-da Nizami rayonu ərazisindəki fotostudiyaların birindən 3550 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Muxtarov rayon polis idarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə müxtəlif vaxtlarda beş evdən və həyətyanı sahələrdən velosiped, məişət əşyaları və 22 göyərçin oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Ələkbərov tutulub.
Faktlarla bağlı təhqiqat aparılır.