Paytaxtın “Qələbə dairəsi” istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 26-da saat 09:00-dan iyunun 27-si saat 20:00-dək Bakı şəhəri, Nəsimi rayonu Əbdülvəhab Salamzadə küçəsində (Ziya Bünyadov prospektindən “Qələbə dairəsi” istiqamətində) tunelin (“Xutor tuneli”) yuyulması işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]