PƏNAH sistemi iddia sənədlərinin qəbulu ilə bağlı xidmətlərin səviyyəsini yüksəldib
Bakı, 20 aprel, AZƏRTAC
İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Əqli Mülkiyyət Agentliyində yaradılan və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi xüsusi olaraq qeyd olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə keçirilən konfransda söyləyib. O bildirib ki, bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin etmiş, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərib, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldib.
Avrasiya ölkələri içərisində ilk olaraq ölkəmizdə rəqəmsal üçölçülü (3D) obyektlər üzrə iddia sənədlərinin qəbuluna başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:49]
Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
- 06.10.2026 [12:55]
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
- 06.10.2026 [12:10]