Pentaqon Yəməndəki hava hücumlarında 150-dən çox mülki şəxsin öldüyünü təsdiqləyib
Bakı, 12 avqust, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyinin daxili araşdırması zamanı 2025-ci ildə Yəmənə endirilən zərbələr nəticəsində 150-dən çox mülki şəxsin həlak olduğu aşkar edilib.
AZƏRTAC xəbər verir ki, “The Washington Post" qəzetinin məlumatına görə, bu araşdırma Pentaqonun münaqişə zamanı mülki əhaliyə dəyən zərərə görə məsuliyyət daşıdığını rəsmən etiraf etdiyi ilk haldır.
Məlumata əsasən, 2025-ci ildə husilərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ABŞ-ın hava hücumlarında 153 dinc sakin ölüb, təxminən 250 nəfər isə yaralanıb. Pentaqon aparılan araşdırmanın nəticələrini yaxın aylarda rəsmən dərc etməyi planlaşdırır.
Xatırladaq ki, 2025-ci ilin martında ABŞ Prezidenti Donald Trampın əmri ilə husilərə qarşı hərbi əməliyyatlara başlanmışdı. Həmin ilin mayında isə ABŞ husilərin Qırmızı dənizdəki hücumları dayandırmağa razılaşdığını əsas gətirərək əməliyyatların dayandırıldığını elan etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [17:59]
Qazaxıstanda rəqəmsal dövlət resurslarına giriş müvəqqəti mümkün olmayıb
- 21.08.2026 [16:55]
Qış mövsümü Avropada təbii qazın qiymətlərinin artması müşayiət olunacaq
- 21.08.2026 [16:45]
Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib
- 21.08.2026 [16:34]
Marin Lö Penin borc ittihamı Fransada siyasi qarşıdurmanı qızışdırıb
- 21.08.2026 [16:30]
Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb
- 21.08.2026 [16:27]
Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb
- 21.08.2026 [15:58]
Fransada tufan olub, 26 min ev elektrik enerjisiz qalıb
- 21.08.2026 [15:20]
Son yüz ilin ən güclü “El-Nino”su Britaniyaya fırtınalı payız gətirə bilər
- 21.08.2026 [15:16]