“Pinq-ponq məktəbi” adlı layihəyə yekun vurulub
Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Pinq-ponq məktəbi” adlı layihəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, layihənin keçirilməsində məqsəd “pinq-ponq” idman növünə marağın artırılması və bu idmanla məşğul olan istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir.
Layihənin rəhbəri Vaqif Fatehinin sözlərinə görə, seçim mərhələsində 70-ə yaxın gənc iştirak edib və ən fəallarına 4 gün təlim keçirilib.