Azərbaycan Dövlət İnformasiya Agentliyi

POLİS AKADEMİYASINDA NÖVBƏTİ BURAXILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, iyulun 29-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti buraxılış olmuşdur.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid, xidməti tapşırıqlarını yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov, akademiyanın indiki, keçmiş rəisləri polis-polkovniki Ramiz Nağıyev, general-mayor Rəsul Rəsulov, polis veteranları və digər şəxslər təntənəli marşla keçən müdavimləri salamlamışlar.

Akademiyanın rəisi, polis-polkovniki Ramiz Nağıyev məzunları təbrik edərək bildirmişdir ki, 163 nəfər əyani şöbədə təhsilini başa vuraraq hüquqşünas ixtisası üzrə diplom və daxili işlər nazirinin əmri ilə polis leytenantı rütbəsi almışdır. Onlardan beş nəfər fərqlənmə diplomuna layiq görülmüşdür. Təhsildə, eləcə də nizam-intizamı ilə daha çox fərqlənən məzunlardan üçünə polis baş leytenantı rütbəsi verilmişdir. Bu il akademiyanı həm də Xüsusi Dövlət Mühafizə Xidmətinin bir əməkdaşı, Gürcüstanın 3, Dağıstanın isə 2 vətəndaşı bitirmişdir. 232 məzuna qiyabi təhsil alması barədə diplom verilmişdir. O demişdir ki, vaxtilə ümummilli lider Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində Polis Akademiyası qısa müddət ərzində böyük inkişaf yolu keçmiş, ölkənin nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Şəxsi heyət ümummilli liderimizin dövlətçilik ənənələrinin layiqli davamçısı Prezident İlham Əliyevin hüquq mühafizə orqanlarına tələbkarlığı ilə yanaşı, qayğı və diqqətini də rəğbətlə qarşılayır və ona cavab olaraq öz vəzifə borclarını yerinə yetirməyə daha məsuliyyətlə yanaşır. Bu gün “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, müasir tələblərə müvafiq surətdə təchizatın güclənməsi, şəxsi heyətin xidmət şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılması müvəffəqiyyətlə həyata keçirilir.

Akademiyanın rəisi yüksək səviyyəli təhsil üçün yaradılmış şərait barədə də danışaraq qeyd etmişdir ki, qarşımıza qoyulmuş vəzifələrin icrası üçün hər cür imkan vardır. Daxili işlər nazirinin qayğısı, gündəlik tələbi, nəzarəti ilə akademiyanın maddi-texniki bazası təkmilləşir. Yeni tədris, yataqxana, yeməkxana korpusları şəxsi heyətin istifadəsinə verilmişdır.

Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş məzun Emil Mehdiyev bu təhsil ocağında yaradılan şəraitdən, verilən bilikdən danışmışdır. O demişdir ki, göstərilən etimadı doğruldacaq, Vətənə, dövlətə, xalqımıza vicdanla xidmət edəcəyik. Professor-müəllim heyətinin səyi ilə aldığımız biliklər çətin, lakin şərəfli fəaliyyətimizdə bizə yardımçı olacaqdır. Daxili işlər orqanlarında xidmətimiz dövründə yüksək peşəkarlıqla işləyəcək, göstərilən etimadı doğruldacağıq.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov məzunları və mərasim iştirakçılarını təbrik etmiş, onlara ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin təbrikini və xoş arzularını çatdırmışdır.

Nazir vurğulamışdır ki, daxili işlər orqanlarının şəxsi heyətinin, o cümlədən zabit heyətinin hazırlanmasında Polis Akademiyasının xüsusi yeri var. 85 illik tarix ərzində Azərbaycan polisində yüksək ixtisaslı kadrların hazırlanmasında məhz bu təhsil ocağı böyük rol oynamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu akademiya xüsusilə böyük inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışı həyatımızın bütün sahələrində tərəqqiyə səbəb olduğu kimi, daxili işlər orqanlarında, onun bütün strukturlarında da sürətli inkişaf baş vermişdir. Son illər Polis Akademiyası tanınmaz dərəcədə dəyişmişdir. Burada nəinki şərait yaxşılaşmış, həm də tədrisin keyfiyyəti yüksəlmişdir.

Ramil Usubov müstəqillik illərində Azərbaycan polisinin şərəfli yol keçdiyini, onun formalaşmasında ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu söyləmişdir. Ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmlənməsinə, yüksək ixtisaslı kadrlarla təmin olunmasına böyük diqqət göstərir.

Ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin hökm sürdüyünü xatırladan nazir bu işdə polisin də xidmətinin az olmadığını söyləyərək bildirmişdir ki, indi zabit rütbəsi alan gənclər bu işə öz töhfələrini verəcəklər. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycanın daxili işlər orqanlarının şəxsi heyəti silahlı qüvvələrimizin Ali baş komandanının apardığı siyasi kursa daim sadiq qalacaqdır.

Daxili işlər naziri məzunlara diplomlar və zabit poqonları təqdim etmişdir. Sonra xatirə kötüyünə lövhə vurulmuşdur.

Tədbirdə Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq VİDEO

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb