Polis əməkdaşları nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə reydlər keçirirlər
Bakı, 3 iyun, AZƏRTAC
Xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları vətəndaşlarımızın sağlamlığı naminə nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə, eləcə də qapalı məkanlarda və ictimai nəqliyyatda reydlər keçirir, mütləq qaydada tibbi maskadan istifadə etməyi tələb edirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tələblərə riayət etməyənlər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati cəza tədbirləri görürlər.