Polis əməkdaşları ölkə ərazisində 19 kiloqramdan çox narkotik vasitə aşkarlayıb
Bakı, 13 yanvar, AZƏRTAC
Polis əməkdaşlarının yanvarın 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 10 kiloqramdan çox marixuana, 1 kiloqram 567 qram heroin, 7 kiloqram 163 qram tiryək, 1 kiloqram 173 qram metamfetamin və 1263 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:27]
® Mürəkkəb əməliyyatların peşəkarı
- 09.10.2026 [12:15]
Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 09.10.2026 [12:01]