Polşa Ukrayna üçün sursat alınmasına 50 milyon avro ayırıb
Bakı, 29 iyul, AZƏRTAC
Polşa Çexiyanın Ukrayna üçün artilleriya sursatlarının alınması təşəbbüsünə töhfə olaraq 50 milyon avro ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “Vişeqrad İnsight” jurnalına müsahibəsində deyib.
“Biz Çexiyanın Ukrayna ordusu üçün silah-sursat almaq təşəbbüsünü yüksək qiymətləndiririk və ora 50 milyon avro ayırmışıq”, - deyə Polşa diplomatiyasının rəhbəri bildirib. Lakin o, jurnalistin Varşavanın vəd etdiyi vəsaitin Praqaya nə vaxt çatacağı barədə sualına cavab verməyib.
Çexiya Prezidenti Petr Pavel fevralın 17-də Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı vəsait olacağı təqdirdə üçüncü ölkələrdən Ukrayna Silahlı Qüvvələri üçün yüz minlərlə artilleriya mərmisi alacağını bildirib. Aprel ayında Çexiyanın Baş naziri Petr Fiala Ukrayna üçün 500 min mərminin tapıldığı və onlardan 200 minə yaxınının alınması üçün müqavilə bağlandığı barədə məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda qalan 300 min mərminin alınması ilə bağlı da müqavilə imzalanacaq.
Hazırda Ukrayna üçün sursat alınması təşəbbüsündə 18 ölkə iştirak edir. Çexiyanın müdafiə naziri Yana Çernoxova yalnız Danimarka, Kanada, Niderland və Portuqaliyanın təşəbbüs çərçivəsində maliyyə öhdəliklərini yerinə yetirdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]