Polşa və Ukrayna yenidənqurma sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar
Vyana, 6 aprel, AZƏRTAC
Polşa və Ukrayna müharibə nəticəsində dağılmış Ukraynanın bərpasına dair əməkdaşlıq memorandumu və tank sursatlarının birgə istehsalına dair memorandum imzalayıblar.
AZƏRTAC xəbər verir ki, memorandum Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşaya rəsmi səfəri çərçivəsində Varşavada onunla Polşanın Baş naziri Mateuş Moravetski arasında imzalanıb.
Polşanın PAP agentliyinin yaydığı məlumata əsasən, tərəflər memorandumda Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın yenidən qurulmasında əməkdaşlıq etmək və həmçinin hazırda Ukraynanın hərbi arsenalı üçün tələb olunan 125 mm çaplı tank mərmilərinin birgə istehsalı barədə razılığa gəliblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]