Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polşalı nazir müavini: Azərbaycan icmasının Polşa cəmiyyətinə inteqrasiyası yüksək səviyyədədir

Bakı, 23 fevral, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşada səfərdədir.

Komitədən AZƏRTAC-a bildirilib ki, o, əvvəlcə Azərbaycanın Polşadakı səfirliyində olub və səfir Nərgiz Qurbanova ilə birlikdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib.

Daha sonra Komitə sədri Varşavada fəaliyyət göstərən Azərbaycan Evində olub. Azərbaycan icmasının nümayəndələri ilə söhbət zamanı xaricdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə Komitənin hər zaman dəstək verməyə hazır olduğunu bildirib, onların həmrəyliyinin təmin edilməsi məqsədilə Azərbaycan evlərinin sayının artırılmasının önəmi, mövcud evlərin fəaliyyəti, Komitənin həyata keçirdiyi layihələr, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumat verib. Xocalı faciəsinin Ermənistanın etnik azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı olduğu, diaspor nümayəndələrinin hər il soyqırımının ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirdiyi vurğulanıb.

Görüş zamanı Polşadakı Azərbaycan icmasının yerli cəmiyyətə inteqrasiyası, gənclərin elm, təhsil və digər sahələrdə uğurları, icma üzvlərinin diaspor fəaliyyətinin genişləndirilməsi, informasiya platformalarında fəallığın artırılması, yeni birlik mexanizmlərinin yaradılması, diaspor hərəkatının hədəflərinin dəqiq müəyyən edilməsi barədə qarşılıqlı müzakirələr aparılıb.

Səfər çərçivəsində Komitə sədri Polşa Respublikası xarici işlər nazirinin müavini Henrika Moscicka-Dedis ilə görüşüb. Nazir müavini Polşa ilə Azərbaycan arasında çoxəsrlik dostluq və əməkdaşlıq münasibətlərinin zamanla daha da möhkəmlənəcəyinə ümidvar olduğunu və bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan icmasının Polşa cəmiyyətinə inteqrasiyasının yüksək səviyyədə olduğunu bildirib. Henrika Moscicka-Dedis xaricdə yaşayan polyaklarla bağlı dövlət siyasətinin əsasını polyak dil və tarixinin, mədəni irsin təbliği, polyakların repatriasiyası, rifahlarının yaxşılaşdırılması və digər məsələlərin təşkil etdiyini, bu istiqamətdə polyakların sıx məskunlaşdığı ölkələrdə layihələr həyata keçirildiyini bildirib.

Fuad Muradov öz növbəsində Komitənin fəaliyyət istiqamətləri, həyata keçirilən iri layihələr, xalqlararası münasibətlərdə Azərbaycan diasporunun rolu, xarici ölkələrin diaspor məsələlərinə məsul qurumları ilə əməkdaşlıq məqsədilə imzalanmış memorandumlar, o cümlədən ölkəmizin diaspor siyasəti, dövlətimizin xaricdə yaşayan azərbaycanlılara mütəmadi qayğısı barədə nazir müavinini məlumatlandırıb. Görüş qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.

Komitə sədri Polşa Respublikası Senatının Emiqrasiya və Xaricdə Yaşayan Polyaklarla Əlaqələr Komitəsinin sədri Boqdan Boruseviç ilə də görüşüb. B.Boruseviç Azərbaycanla Polşa arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini bildirib və Komitənin fəaliyyəti barədə danışıb.

Dövlət Komitəsinin sədri Komitənin fəaliyyəti, Polşada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, bu ölkənin iqtisadiyyatına verdiyi töhfə, diaspor təşkilatlarının səmərəli fəaliyyəti üçün yaradılmış imkanlar, paytaxt Varşavada fəaliyyət göstərən Azərbaycan Evi, eləcə də yaxın günlərdə Krakov şəhərində açılacaq ikinci Azərbaycan Evi barədə ətraflı məlumat verib. Bu evlərdə çoxsaylı mədəni tədbirlərin keçirildiyi, dil kurslarının fəaliyyət göstərdiyi bildirilib. Azərbaycanda polyak icması üçün yaradılmış şəraitə toxunan Komitə sədri polyakların Azərbaycan cəmiyyətinə tam inteqrasiya etdiyini, Azərbaycanın regionda və dünyada sülh və əmin-amanlığı dəstəkləyən tolerant dövlət olduğunu, İkinci Qarabağ müharibəsindən sonra Ermənistana sülh təklif etdiyini vurğulayıb.

Görüşdə, həmçinin miqrasiya məsələlərinin tənzimlənməsi, miqrantların hüquqları, işçi vizaları barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, artıq bir neçə ildir Polşada yaşayan azərbaycanlılara, eləcə də təhsil alan gənclərə hüquqi yardımın göstərilməsi üçün Polşa Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tam təmənnasız vəkil xidmətləri təqdim edilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb