POLŞANIN ƏN İRİ İNFORMASİYA AGENTLİYİ 85 İLLİYİNİ QEYD EDİR
AZƏRTAC xəbər verir ki, Polşanın ən iri informasiya agentliyinin - Polşa Mətbuat Agentliyinin (PAP) 85 yaşı tamam olmuşdur. Dekabrın 2-də jurnalist kollektivi daha bir əlamətdar hadisəni - agentliyin Varşavanın mərkəzində yerləşən və ən müasir texnika ilə təmin olunmuş yeni binaya köçməsini də bayram edir.
Hazırda PAP-da 236 jurnalist fəaliyyət göstərir, onların 162-si Varşavada, 47-si vilayətlərdə, 17-si isə xaricdə işləyir.
PAP-ın əsas məhsulu gündəlik informasiya xidmətidir. Bu xidmət çərçivəsində abunəçilər siyasət, iqtisadiyyat, ictimai həyat, mədəniyyət, elm və idman mövzularında hər gün təxminən min xəbər alırlar. Xəbərlər həm peyk vasitəsilə, həm də İnternetin köməyi ilə verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]