Postpandemiya dövründə idmanda neqativ hallara qarşı mübarizə məqsədilə sənəd imzalanıb
Bakı, 2 iyul, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK), İNTERPOL və BMT-nin Narkotiklər və Cinayətkarlar İdarəsi (UNODC) birgə əməkdaşlıq barədə razılığa gəliblər.
AZƏRTAC BOK-un rəsmi saytına istinadla xəbər verir ki, tərəflər razılıq barədə sənəd imzalayıblar. Sənədin imzalanması bütün dünyanı böhran vəziyyətinə salan COVID-19-la birgə mübarizə cəhdlərini birləşdirmək, pandemiyanın idmana mənfi təsirini azaltmaq və idmanda neqativ hallara qarşı mübarizə məqsədi daşıyır.
Sənəddə bildirilir ki, mövcud vəziyyətlə əlaqədar olaraq idman yarışlarının təxirə salınması bu sahədə problemlərin olmadığını deməyə əsas vermir. Postpandemiya dövründə, yəni yarışlara yenidən start veriləcəyi təqdirdə diqqətli olmaq tələb olunur. Narkomaniya və cinayətkarlığa, eləcə də idmanda korrupsiya hallarına qarşı mübarizə işinə xüsusi diqqət yetirilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]