POTSDAMDA AZƏRBAYCANLI RƏSSAMINSƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın Potsdam şəhərindəki Burstet-Albrext incəsənət qalereyasında azərbaycanlı rəssam, Almaniya Rəssamlar Birliyinin və Azərbaycan-Almaniya Mədəni Əməkdaşlıq Cəmiyyətinin üzvü, diasporumuzun fəallarından biri İbrahim Əhrarinin rəsm əsərlərindən ibarət sərgi açılmışdır.
Sərginin ekspozisiyası təbiət mənzərələri tablolarından və qrafika janrına daxil olan kalliqrafiya, xəttatlıq və miniatür əsərlərindən ibarətdir.
Sərginin açılışında çıxış edənlər azərbaycanlı rəssamın əsərlərini yüksək qiymətləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]