Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni məğlub edib
Bakı, 4 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Hamidu Keyta, 65-ci dəqiqədə Nəriman Axundzadə və 90+2-ci dəqiqədə Olavio Juninyo vurublar.
Bu nəticədən sonra xallarını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. 11 xalı olan “Qəbələ” isə 9-cu pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”lə 1:1, “Turan Tovuz” “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib, “Sabah” “Kəpəz”ə 2:0, “Neftçi” isə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]