Premyer Liqa: “Sabah” klubu “Sumqayıt”ı dörd cavabsız qolla məğlub edib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun sonuncu turunda “Sumqayıt” komandası "Sabah"ı qəbul edib.
"Kapital Bank Arena"da keçirilən görüş Bakı klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.
Matçda Con İrasabal, Davit Volkov, Kristian da Silva və Kristian Sebalyos fərqləniblər.
Bu qələbədən sonra xallarını 80-ə çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. İyirmi səkkiz xalı olan "Sumqayıt" isə səkkizinci yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə 1:1 hesablı sülhə razılaşıb, "Turan Tovuz" Qəbələdə eyniadlı komandanı 2:1, "Qarabağ" isə səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]