Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir
Bakı, 1 noyabr, AZƏRTAC
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Abdelmacid Tebbunu və Əlcəzair xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.
Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir”.
“Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm”, - deyə məktubda bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 09.06.2026 [09:33]
Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]