PREZİDENT İLHAM ƏLİYEV NAXÇIVAN ŞƏHƏRİNDƏ KİTAB EVİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da Naxçıvan şəhərində Kitab evinin açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edirdi.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, Kitab evi ilə tanış oldu.
Üçmərtəbəli binanın birinci mərtəbəsində məktəb ləvazimatı, dərsliklər, ikinci mərtəbədə Naxçıvanda istehsal olunan məktəbli geyimləri, idman ləvazimatı satılır. Üçüncü mərtəbədə isə müxtəlif ədəbiyyat, o cümlədən bədii əsərlər, uşaq ensiklopediyası, qanun topluları, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən kitablar toplanmışdır.
Dövlətimizin başçısı Kitab evinin əhalinin maariflənməsi işinə çox böyük töhfə verəcəyini bildirdi, müasir tələblərə uyğun tikilən binanın Naxçıvan şəhərini gözəlləşdirdiyini vurğuladı.
Sonra Prezident İlham Əliyev buraya toplaşan sakinlərlə görüşüb söhbət etdi, problemləri ilə maraqlandı. Sakinlər onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər.
X X X
Dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasında müşavirə keçirilmişdir.
Müşavirəni Prezident İlham Əliyev giriş nitqi ilə açdı.
Sonra Ali Məclisin sədri Vasif Talıbov və “Azəriqaz” Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov məruzə etdilər.
Prezident İlham Əliyev müşavirədə yekun nitqi söylədi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri davam edir.