Prezident İlham Əliyev Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevi təbrik edib
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan-Qazaxıstan münasibətlərinin xalqlarımızın ortaq tarixi, milli-mənəvi köklərindən qaynaqlandığını qeyd edib. “İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik”,- deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Kasım-Jomart Tokayevə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]