Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin “ASAN” informasiya siyasəti beş illiyini qeyd edir

Prezident İlham Əliyevin “ASAN” informasiya siyasəti beş illiyini qeyd edir

Bakı, 23 dekabr, AZƏRTAC

İnformasiya texnologiyalarının inkişafı və onun XXI əsrdə yaratdığı yeni kommunikasiya tərzləri KİV-in məlumat toplama, araşdırma, istehsal, paylanılma və bu məlumatın ictimaiyyət tərəfindən mənimsənilməsi proseslərinə köklü dəyişikliklər gətirib. Bu isə öz növbəsində müxtəlif sektorlarda fəaliyyət göstərən təşkilatların ictimai əlaqələr funksiyası qarşısında yeni çağırışlar qoyub. 24 saatlıq multi-platformalı media mühitinə uyğunlaşmaq üçün xüsusilə hökumət sektorunda ictimai əlaqələr daha sayıq, şəffaf və proaktiv qurulmalıdır. Dövlət təşkilatları demokratik cəmiyyətdə şərt olan açıq, dürüst və keyfiyyətli idarəetməni təmin etmək üçün ənənəvi media ilə yanaşı, sosial mediada da “ilk məlumat mənbəsi” kimi mövcudluğunu genişləndirməli, mediada yoxlanılmamış məlumatların yayılmasının, dezinformasiyanın qarşısını almalı, xaotikliyi ilə səciyyələnən media mühitində öz fəaliyyətlərinə dair aydınlıq yaratmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ADA Universitetinin media və kommunikasiya üzrə müəllimi Şəfəq Mehrəliyevanın “Prezident İlham Əliyevin “ASAN” informasiya siyasəti beş illiyini qeyd edir” sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” ictimai xidmətlər sahəsində ölkəyə inqilabi dəyişikliklər gətirməklə yanaşı, adını daxili və xarici məkanda milli brend kimi möhürləyib. Bu gün “ASAN xidmət”in Azərbaycanda fəaliyyət göstərən 20 mərkəzi paytaxt Bakıdan tutmuş Balakənədək ölkənin əksər ərazisində vətəndaşlara yüksək standartlı dövlət xidmətləri göstərir. Bu xidmətlərin hər yerdəki vahid keyfiyyət səviyyəsi isə qurumun ictimai əlaqələrinin “müştərilərlə” yaratdığı sıx təmas vasitəsilə onları gündəlik olaraq göstərdiyi xidmətlər, fəaliyyətindəki dəyişikliklər, planlar barədə məlumatlandırması, ictimai rəyi toplayaraq iş prosesini təkmilləşdirilməsi hesabına mümkün olub.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə siyasi, iqtisadi və ictimai fikir baxımdan Azərbaycan cəmiyyətinin sıx birləşməsində medianın rolunun əhəmiyyətini bildirib. Təsadüfi deyil ki, onun tapşırığı ilə 2015-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində 100 FM tezliyində “ASAN Radio” yayımlanmağa başlayıb. Ölkəmizin aparıcı intellektual məhsulu - “ASAN xidmət”in yaratdığı etimad brendinin davamı olaraq, “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Müasir medianın tələblərinə uyğun “ASAN Radio” fəaliyyətini yalnız FM dalğası ilə məhdudlaşdırmır - onu asanradio.az, “ASAN Radio” mobil tətbiqi və ən populyar sosial media platformaları üzərindən dinləmək və izləmək olar. Radionun “Facebook” səhifəsi 2020-ci ildə “Facebook” tərəfindən “verified page”- rəsmi təsdiqlənmiş səhifə statusu qazanaraq saxta oxşar məlumat mənbələrindən ayırd edilir. Elə yalnız sosial media vasitəsilə 100 mindən çox izləyici “ASAN Radio” məlumatlarına gündəlik qoşulur. Onun ölkədəki əhatə dairəsi şanlı zəfərlərimizlə bir qədər də genişlənərək 90 faizə çatıb. Belə ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun işğal altında olan torpaqların azad edilməsi xəbərlərini əsgər və zabitlərimiz Şuşada uzun illərdən sonra ilk yayımlanan Azərbaycan radiosu - “ASAN Radio”dan dinləyirdilər.

Müasir media mühitində ictimai əlaqələrlə jurnalistika arasında xətlər çox zaman sezilmir. Lakin onlar arasında fərq bu gün də dəyişməzdir. Əgər ictimai əlaqələrin məqsədi təmsil etdiyi təşkilatın etimadlılığını artırmaq, ictimaiyyət arasında onun imicini yüksəltmək və fəaliyyətini izah etməkdirsə, jurnalistikanın missiyası dəqiq, obyektiv və vaxtlı-vaxtında məlumat yaymaq, bütün sektorlar üzrə qurumların faəliyyətini ictimai maraqlar naminə nəzarətdə saxlamaq və məlumatlı vətəndaş toplumu yaratmaqdır. İnsanlar mediadan daha yaxşı qərarlar qəbul etmək üçün məlumat mənbəyi kimi istifadə edə bilməlidirlər. Tanınmış ingilis tənqidçisi və jurnalisti Corc Oruellin təbirincə desək, “jurnalistika çap olunması ehtiyatlanılan məsələləri işıqlandırmalıdır. Bunun xaricindəki hər şey sadəcə ictimai əlaqələrdir.” İctimai əlaqələr sahəsinin təsisçilərindən hesab edilən amerikalı PR mütəxəssisi Ayvi Liq hesab edirdi ki, “doğru və dürüst olmaq ictimai əlaqələri təmin etmək üçün ən yaxşı yoldur.” Jurnalistika və ictimai əlaqələrin kəsişmə nöqtəsi də məhz elə buradadır - hər ikisi ictimaiyyətin gözündə dürüstlüyü ilə etimad qazanmalıdır. Bu mənada Prezident İlham Əliyevin “ASAN” informasiya siyasətinin təzahürü olan “ASAN Radio” ictimai əlaqələr və media istiqamətini innovativ şəkildə birləşdirib. Bu radioda istehsal edilən yaradıcı media məhsulları işıqlandırılan mövzulara bilavasitə ictimaiyyətin gözü ilə baxır. Məsələn, radionun direktoru, təcrübəli jurnalist Emin Musavinin “QəbuldASAN” proqramına dəvət edilən yüksək vəzifəli rəsmilər tək aparıcının sualları deyil, canlı yayım zamanı sosial media vasitəsilə qonağa ünvanlanan vətəndaşların sualları və rəylərinə də cavab verməli olur. Sosial media ilə ənənəvi medianın imkanlarını birləşdirən “ASAN Radio” dövlət xidmətləri barədə ictimaiyyəti məlumatla təmin etməklə yanaşı, digər tərəfdən ictimaiyyətə ənənəvi medianın özünün senzurasından kənar hakimiyyət üzvləri ilə birbaşa təmas qurmaq imkanı verir. İnformasiya siyasətində məhz belə yanaşma iqtidar-xalq birliyini möhkəmləndirir, Prezident İlham Əliyevin daim vurğuladığı xarici təzyiqlərdən kənar ictimai fikir yekdilliyinə gətirib çıxarır, yanlış məlumatlandırma, dezinformasiyaları azaldır və bilikli vətəndaş toplumu yaradır.

“ASAN Radio”nun media platforması üzərində ictimai əlaqələrin genişləndirilməsi məqsədilə yaradıcı media məhsulları istehsal edən tərəfdaşlar arasında bu gün dövlət qurumları, təhsil ocaqları, beynəlxalq təşkilatların nümayəndəlikləri var. Onlarla əməkdaşlıqda yayımlanan “DOST məsləhəti”, “Rəqəmsal Azərbaycan”, “Sahibkarı Tanı”, “AvropadASAN”, “Qarabağnamə”, “Qlobal Məqsədlər” və s. proqramlar media istifadəçilərinə lazımsız informasiya ilə dolu 24 saatlıq media mühitində öz marağına və zövqünə uyğun məlumatlanmaq, maariflənmək və əylənmək imkanı yaradır. Ən başlıcası isə “ASAN Radio” KİV olaraq cəmiyyətin güzgüsü kimi media məkanında Azərbaycan vətəndaşının bu gün ehtiyac duyduğu keyfiyyətli və şəffaf məlumat siyasətini həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib