Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin dəmir məntiqi Paşinyanı çaşqın və gülünc vəziyyətə saldı

Prezident İlham Əliyevin dəmir məntiqi Paşinyanı çaşqın və gülünc vəziyyətə saldı

Bakı, 16 fevral, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə olduğu kimi, bu dəfə də işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın cavabını verərək onu yerində oturtdu. Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Ermənistanın və onun təmsilçisi Paşinyanı Avropa və dünya ictimaiyyətinin gözü qarşısında darmadağın etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Elxan Ələsgərov deyib.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev panel müzakirəsində cəsarətli mövqe nümayiş etdirərək, arqumentlərlə və faktlarla çıxışı ilə Azərbaycanın ədalətli mövqeyini ortaya qoydu. Ölkə rəhbəri Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını bir daha diqqətə çatdırdı. Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və Azərbaycanın ərazi bütövlüyünün bütün beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanındığını vurğulayaraq, heç bir ölkənin Dağlıq Qarabağı tanımadığını bildirdi.

“Prezident İlham Əliyev Azərbaycanın işğal faktı ilə barışmayacağını aydın şəkildə ifadə edərək münaqişənin mərhələli şəklində həllindən danışdı: “Ermənistanın bütün rəhbərləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Ermənistan nəinki Dağlıq Qarabağı, hətta onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. İşğalçı ordu ərazilərdən geri çəkilməli və azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Amma bu, heç vaxt olmayacaq!

Dağlıq Qarabağın statusu yalnız bundan sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır. Dövlət başçısı ATƏT-in Minsk qrupunun həmsədrlərinə də səslənərək bildirib ki, qoy, onlar Ermənistana izah etsinlər ki, Dağlıq Qarabağ Ermənistan deyil”, - deyə E.Ələsgərov vurğulayıb.

Politoloq deyib ki, Prezident İlham Əliyev Xocalı soyqırımı barədə danışanda Nikol Paşinyan bu hadisənin məhz o vaxtkı Azərbaycan rəhbəri Ayaz Mütəllibovun “Arqumentı i faktı” qəzetinə müsahibəsində guya ölkədəki qüvvələr tərəfindən törədildiyi barədə sərsəm fikirlərinə də tutarlı cavab verdi. Prezident bildirdi ki, Ayaz Mütəllibov bunu heç vaxt deyə bilməz və bu uydurma fikir həmin qəzetin erməni jurnalistinin həqiqətəuyğun olmayan düşüncəsindən başqa bir şey deyil. Dövlət başçısı panel müzakirədə iştirak edənlərə üzünü tutaraq, bu məsələnin internet vasitəsilə araşdırmağın mümkünlüyünü qeyd etdi.

E.Ələsgərovun sözlərinə görə, panel müzakirələrdə ən maraqlı məqam, başqa sözlə, Paşinyanın biabırçı vəziyyətə salındığı məqam onun guya Stalinin əmri ilə Qafqaz bürosu tərəfindən Qarabağın Azərbaycana verilməsi fikrinə İlham Əliyevin cavabı oldu. Bu, növbəti erməni yalanının ifşa olunması idi. Prezident onu başa saldı ki, həmin qərarda söhbət Qarabağın Azərbaycana verilməsindən deyil, məhz Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasından gedir. Paşinyan həqiqətdən uzaq olan sərsəm çıxışı ilə özünü gülünc vəziyyətə saldı. Dövlət başçısı işğalçı ölkənin baş nazirinə başa saldı ki, əgər bolşeviklər ermənilərə qarşı qərəzli mövqedə idilərsə, nə üçün Stalinin, bolşeviklərin dostu Stepan Şaumyanın adı əbədiləşdirilib və Dağlıq Qarabağdakı, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xankəndi şəhərinin adı dəyişdirilərək, onun şərəfinə Stepankert adlandırılıb.

“Ermənistanın baş naziri Münhen Təhlükəsizlik Konfransının panel müzakirəsi zamanı erməni xalqının müqəddəratı məsələsini ortaya atanda Prezident İlham Əliyev dedi ki, erməni xalqı artıq Ermənistanda öz müqəddəratını müəyyənləşdirib və ikinci dəfə özlərinə dövlət yaratmaq istəyirlərsə, qoy, bunu Azərbaycandan kənarda, başqa yerdə eləsinlər. Bu, cavab Paşinyanın darmadağın edilməsi demək idi.

Tarixdən başı çıxmayan, populist çıxışları ilə özünə gündəm qazanan Paşinyan panelin sonuna yaxın özünü daha bir gülünc vəziyyətə saldı. Onun dediklərinə görə, vaxtilə Qafqazda böyük Tiqranın zamanında cəmi iki xalq yaşayıb - ermənilər və gürcülər. Azərbaycan rəhbəri onun bu sözlərinə gülərək zaldakılara müraciət edib: “Bəlkə ermənilərlə ermənilər”, - deyə E.Ələsgərov bildirib.

Politoloq bildirib ki, böyük Tiqran vaxtında nə millət, nə də xalq formalaşmayıb. O zaman millət anlayışı belə olmayıb. Bu, tarixi öz mənafeləri hesabına saxtalaşdıran ermənilərin strateji səhvləridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik