Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin siyasəti tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur - RƏY

Prezident İlham Əliyevin siyasəti tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur -  RƏY

Bakı, 12 oktyabr, AZƏRTAC

Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildə Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafı özü ilə gətirəcəyi xoş günlərin anonsunu verdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.

İyirmi il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Heydər Əliyev İlham Əliyevin siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Müraciətində həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

O qeyd edib ki, Azərbaycan xalqı Ulu Öndərin bu çağırışını qəbul edərək seçkilərdə öz gələcək Liderini seçdi. O Lider xalqımızın taleyüklü məsələlərinin həllində bir daha öz mövqeyini göstərdi. Prezident İlham Əliyev Ümummilli Liderin xalqa müraciətində qeyd etdiyi axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri başa çatdırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətində bildirmişdi.

“Məhz Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və bizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Dövlətimizin başçısının “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Beynəlxalq siyasətin mahir bilicisi olan Prezident İlham Əliyev Qarabağdakı münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə ATƏT-dən mandat almış vasitəçilərin münaqişənin həllindən yayınmasını müəyyənləşdi. Tərəfləri sülhə dəvət edən vasitəçilərdən konkret nəticəyönümlü addımların atılmasını tələb edərək, münaqişənin həllinin qeyri-müəyyən tarixə təxirə salınmasının qarşısını aldı.

Azərbaycan Ordusunun tarixi Zəfəri ilə bitən Vətən müharibəsi dövlət başçısının ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğının nəticəsi idi. Azərbaycan Ordusunun arsenalının müasir silahlarla gücləndirilməsi, şəxsi heyətin yüksək döyüş hazırlığında yetişməsi istiqamətində atılan məqsədyönlü addımların bəhrəsini gördük. Ordumuzun göstərdiyi şücaətin əsasında isə onların Vətənə, millətə və xalqa olan bağlılıqları idi”, - deyə o vurğulayıb.

A.Əliyev diqqətə çatdırıb ki, 20 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir. Bu nailiyyətlər sırasında ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Bu nailiyyətlərin, bu sahələrin hər biri ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır. Bununla belə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və ümumiyyətlə, tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur. Bu Zəfər cəbhədə, hərbi əməliyyatlar zonasında 44 gün ərzində edilsə də, ona gedən yol uzun illərin ağır zəhməti, mürəkkəb çağırışları və çətin mübarizəsi ilə doludur. Bu mübarizə hərbi, iqtisadi, siyasi sahələrdən savayı beynəlxalq səviyyədə aparılan gərgin və uzaqgörən diplomatiya, mürəkkəb xarici siyasət və xaricdən, müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə mətanətlə sinə gərmək hesabına başa gəlmişdir.

““İyirmi dörd saatdan az müddətdə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə isə suverenliyimiz tam bərqərar edildi. Bundan əlavə, dünyanın müxtəlif güc mərkəzlərindən Azərbaycana qarşı mütəşəkkil təzyiq, qarayaxma kampaniyaları aparılmış və hazırda da aparılmaqdadır. Amma Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət bütün bu düşmən hərəkətlərini və anti-Azərbaycan kampaniyalarını uğursuzluğa düçar etmişdir. Gənclər sahəsi, xüsusilə Prezident İlham Əliyevin gündəliyində olan bir mövzudur. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edilərək uğurla icra edilir. Həmin siyasət nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb”, - deyə Milli Məclis sədrinin müavini bildirib.

Gənclər sahəsində aparılan genişmiqyaslı fəaliyyətdən söz açan deputat deyib ki, bu istiqamətdə atılan mühüm addımlardan biri dövlətimizin başçısı tərəfindən Gənclər Fondunun təsis edilməsidir. Bu sahədə, eləcə də “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib.

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilib. Hər il 10 gəncimizə dövlət başçısı tərəfindən fərdi təqaüd verilir. Gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə gənclər mərkəzləri, gənclər evləri, olimpiya idman mərkəzləri fəaliyyət göstərir.

Gənclərin təhsili prioritet təşkil edən məsələdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də rəhbər tutulmuş 5 əsas müddəadan biri də rəqabətli insan kapitalıdır. Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi kimi xarakterizə etdiyi proses çərçivəsində baş verir və nəticədə gənclər dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində aparıcı ixtisaslar üzrə təhsil alırlar.

Gənclər də öz növbəsində dövlətin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə edir. Azərbaycan gəncliyi istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Gənclər, könüllülər, ekofəallar hazırda Xankəndi-Laçın yolunda dinc aksiya keçirir, hazırda aksiyanı davam etdirirlər. Aksiyanın əsas tələbi Azərbaycan sərvətlərinin qeyri-qanuni istismarının dayandırılması, ekoloji terrora son qoyulmasıdır. Bununla belə aksiya zamanı humanitar dəhliz yaradılmış, yük və təcili yardım maşınlarının, eləcə də xəstələrin təxliyəsinin həyata keçirilməsi üçün şərait yaradılıb.

“Prezident İlham Əliyevin idmana olan marağı xalqımız tərəfindən xüsusi rəğbətlə qarşılanır. Ölkəmizdə idmana ayırdığı diqqət 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ilə geniş vüsət almışdır. 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il 5 mart tarixi ölkəmizdə Bədən tərbiyəsi və İdman Günü olaraq qeyd edilir. Dövlət başçısı tərəfindən idmana göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır. İstər idmançılarımızın qazandığı nailiyyətlər, istərsə də nüfuzlu idman yarışlarının yüksək səviyyədə keçirilməsi ölkəmizdə idmana verilən dəyərin əyani təcəssümüdür. Ölkəmiz Birinci Avropa Oyunları kimi mötəbər bir olimpiadaya ev sahibliyi etdi. Tədbir yüksək səviyyədə təşkil edilərək nailiyyətlərinin sırasına birini də əlavə etdi.

Bu məqamda gənclər siyasətindən danışarkən könüllülər hərəkatının inkişafını və geniş vüsət almasını qeyd etməmək olmaz. Gənclər arasında könüllülük fəaliyyətinin təbliği və yayılması onlarda humanizm və digər mənəvi dəyərləri gücləndirir. Bu fəaliyyət əmək bazarına yeni çıxan gənclərə çox vacib bir təcrübə də qazandırır. Könüllülər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə, o cümlədən idman və musiqi yarışlarına mühüm töhfə veriblər. Beynəlxalq tədbirlərdə iştirak bir tərəfdən onlarda fərqli mədəniyyətlərə mənsub olan insanlarla ünsiyyət vərdişləri aşılayır, digər tərəfdən isə Azərbaycan xalqının çoxəsrlik tolerantlıq xüsusiyyətlərini əcnəbilərə nümayiş etdirir. Tolerantlıq isə ölkəmizdə dövlət siyasəti elan edilmiş multikulturalizmin əsasında dayanır. Yeri gəlmişkən, multikulturalizm və tolerantlıq Azərbaycanda gənclər arasında xüsusən təbliğ olunur. Ölkəmizdə bütün ali məktəblərdə multikulturalizm fənni tədris olunur. Eləcə də Azərbaycanda multikulturalizmlə bağlı beynəlxalq yay və qış məktəbləri təşkil edilir, müxtəlif tədbirlər keçirilir”, - deyə Adil Əliyev qeyd edib.

Milli Məclis sədrinin müavini, həmçinin bildirib: “Belə bir multikulturalizm siyasətinin nəticəsidir ki, Azərbaycan hərbçiləri Vətən müharibəsi dövründə ermənilərə, onların müqəddəs yerlərinə, qəbirlərə və dini abidələrinə münasibətdə ləyaqətlə davranıblar. Prezident İlham Əliyev qeyd edir ki, Ermənistandan fərqli olaraq “Azərbaycan Ordusu bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək müharibəni ləyaqətlə apardı”. Prezident onu da bildirir ki, Azərbaycan başqa cür davrana bilməzdi, çünki “bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir”. Azərbaycan xalqının xarakteri ölkədə yürüdülən gənclər siyasətinin ideoloji təməlində duran, ümumbəşəri dəyərlərə hörmət bəsləyən azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Multikulturalizm siyasəti də öz növbəsində azərbaycançılıq məfkurəsinə xidmət edir. Azərbaycançılıq məfkurəsi din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların ümumi vətəni olan Azərbaycan dövlətinə bağlılığını özündə ehtiva edir. Multikulturalizm siyasəti də bu bağlılığın möhkəmlənməsinə yönəlmişdir. Ona görə də azərbaycançılıq vətənpərvərliyin Azərbaycan nümunəsi kimi də səciyyələndirilə bilər və bu vətənpərvərlik nümunəsi Vətən müharibəsində, xüsusən də Şuşa döyüşündə öz təcəssümünün zirvəsinə çatdı. Bu qeydlər ona dəlalət edir ki, Azərbaycanda gənclər siyasətinin Heydər Əliyev tərəfindən 1997-ci ildə 2 Fevral - Gənclər Gününün təsis edilməsi ilə başlayan epoxası ideoloji baxımdan azərbaycançılıq məfkurəsinə əsaslanıb. Belə ideoloji təməl üzərində qurulmuş gənclər siyasətimizin qarşıdan gələn dövrdə əsas vəzifələrindən biri Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində orta güc konsepsiyası ilə xarakterizə edilən dövlət kimi oturuşmasında gənclərimizin rolunun gücləndirilməsinə xidmət etməkdir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA