“PREZİDENT KUBOKU” III BEYNƏLXALQ ŞAHMAT FESTİVALININ İLK TURU AZƏRBAYCAN ŞAHMATÇILARI ÜÇÜN UĞURLU OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən “Prezident Kuboku” III Beynəlxalq Şahmat Festivalında ilk tura yekun vurulmuşdur.
Bu turun gözlənilməz nəticəsi Hollandiya şahmatçısı Yan Timmanla Azərbaycan idmancısı Zaur Ocaqverdiyev arasında qeydə alınmışdır. Həmyerlimiz məşhur şahmatçı ilə görüşünü heç-heçə başa vurmuşdur.
Maraqlıdır ki, digər hollandiyalı qrossmeyster Lyuk Van Veli isə Azərbaycan idmançısı Şəhriyar Rəhmanova təslim olmuşdur.
Tanınmış xarici şahmatçılardan Naycel Şort Eldar Cabbarov, Viktor Korçnoy Murad Quliyev və Aleksandr Belyavski Ni Viktoriya üzərində qələbə qazanmışlar.
Digər əsas qarşılaşmalar belə nəticələnmişdir: Nurlan Şabanov-Zeynəb Məmmədyarova 0:1, Yüksəl Həsənov-Nərgiz Umudova 0:1, Afaq Xudaverdiyeva -Qədir Hüseynov 0:1, Anar Orucov-Rauf Məmmədov 0:1, Asif Aslanov-Vüqar Rəsulov 0:1, Cobava Baadur-Aytac İsmayılova 1:0, Orxan Hüseyn-Nicat Məmmədov 0:1
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]