PREZİDENT SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR YENİ TELEVİZİYA ÖTÜRÜCÜLƏRİ QURAŞDIRILMIŞDIR
Bu il oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar AzTV-1 proqramının yayım keyfiyyətini yüksəltmək məqsədilə Rabitə Nazirliyi və Dövlət Teleradio Verilişləri Şirkətinin mütəxəssisləri respublikanın daha bir neçə bölgəsində televiziya ötürücüləri quraşdırmışlar. Rabitə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Viqintos”, “TRA” tipli və digər müxtəlif gücə malik belə ötürücülər Qazax, Gədəbəy, Tovuz və İsmayıllı rayonlarında yerləşən Kəmərli, Slavyanka, Yanıxlı, Ağbulaq və Yuxarı Gilyan kəndlərində istismara verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]