Prezident Vladimir Putin Polad Bülbüloğlunu 75 illiyi münasibətilə təbrik edib
Moskva, 4 fevral, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrik teleqramında deyilir: “Sizin 75 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz uzun illərdir ki, dostluq əlaqələrinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında məhsuldar əməkdaşlığa mühüm töhfə verirsiniz. Əlbəttə, Rusiyada sizin bəstəkar, musiqiçi və artist kimi parlaq istedadınızı yüksək qiymətləndirir, ilhamverici yaradıcılığınızı qəlbən sevirlər”.
Rusiya Prezidenti Polad Bülbüloğluna cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]