PREZİDENTİN SƏRƏNCAMINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
Toplantıda çıxış edənlər ölkəmizin başçısının məlum Sərəncamı ilə təsdiq edilmiş tədbirlərdə Lənkəran rayonunda görüləcək işləri - 117 kilometr uzunluğunda qaz xəttinin çəkilməsini, içməli su təchizatı və kanalizasiya sistemində yenidənqurma və genişləndirmə işlərinin aparılmasını, turizmi inkişaf etdirmək məqsədi ilə Haftoni qəsəbəsindəki 150 nəfərlik “İstisu” sanatoriyasının əsaslı təmir olunmasını, şəhərin “Dairəvi qala” (Zindan) binasında turizm, informasiya və əl sənətkarlıq nümunələri mərkəzinin yaradılmasını alqışlamış və onların icrasını sürətləndirmək üçün təkliflərini bildirmişlər.
Şura iclasında Azərbaycan Prezidentinin 2005-ci il 14 sentyabr tarixli sərəncamı ilə əlaqədar şəhər icra hakimiyyətinin tədbirlər planı təsdiq edilmişdir.