Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Epidemik proses üç halqadan ibarət bir zəncirə bənzəyir

Professor: Epidemik proses üç halqadan ibarət bir zəncirə bənzəyir

Bakı, 9 iyul, AZƏRTAC

Hazırda tətbiq olunan sərt karantin rejimi nəticəsində yoluxma sayında nisbi sabitləşmə müşahidə olunur. Lakin sərt karantin tədbirləri uzun zaman ərzində davam etməsə də, karantin rejimi bir müddət tətbiq olunacaq. Bu zaman bir sıra məhdudiyyətlər aradan götürülsə də, bəzi kütləvi toplanma yerləri tam bağlı saxlanılmalıdır. Nəqliyyatın işini tənzimləmək lazımdır. Elə edilməlidir ki, insanlar ictimai nəqliyyata maskasız daxil olmasınlar, o cümlədən sıxlıq yaranmasın. Mental məsələlərdə bir az dəyişiklik olmalıdır. Vətəndaşların biri-biri ilə əllə salamlaşması, qucaqlaşması, öpüşməsi halları aradan qaldırılmalıdır. Yas mərasimlərində kütləvi toplanma hallarına yol vermək olmaz. Dünyasını dəyişən şəxs COVID-19 infeksiyasına yoluxaraq vəfat edibsə, onun yaşadığı ev infeksiya ocağı kimi təhlükə mənbəyi sayılır. Vətəndaşlardan belə məsələlərdə diqqətli olmaq tələb olunur.

AZƏRTAC xəbər verir ki, bunu “TƏBİB” Elmi Komitəsinin sədri, mikrobioloq, professor Akif Qurbanov deyib.

O, həmçinin deyib: “Koronavirus infeksiyası 20-30 faiz hallarda simptomsuz, 50 faiz hallarda isə daha çox qrip əlamətləri ilə müşahidə olunur. Təxminən 20 faiz hallarda isə xəstəliyin fəsadlaşması baş verir. Koronavirusun orqanizmdə daxil olduğu yer ağciyər hüceyrələridir. Qrip virusu çox az hallarda pnevmoniyaya səbəb olur, lakin koronavirus pnevmoniya ilə ağırlaşır və arzuolunmaz nəticələrə səbəb olur: bəzən uzunmüddətli müalicələr tələb olunur, bəzən ölüm halları ilə üzləşirik. Xəstəliyin ağır hallarında isə hansısa qalıq əlamətləri ilə rastlaşırıq. Belə ki, ağciyər zədələnir və istənilən riskə qarşı həssaslıq yaranır.

Epidemik proses üç halqadan ibarət bir zəncirə bənzəyir. Halqanın birincisi infeksiya mənbəyidir, yəni xəstəliyə yoluxmuş şəxsdir, ortadakı halqa yoluxma yolu, üçüncü halqa isə həssas insandır. Həmin halqalardan biri olmayanda epidemiya sönür və ona görə halqalardan birini mütləq qırmaq lazımdır. Təəssüf ki, hazırda infeksiya mənbəyinə qarşı konkret mübarizə tədbiri aparmaq mümkün deyil, çünki hələ virus əleyhinə spesifik preparat aşkar edilməyib. İndiyə qədər bu sahədə müxtəlif preparatlar təklif olunsa da, onların heç biri tam səmərəli deyil. Xəstə, yəni infeksiya mənbəyi təcrid edilməlidir ki, onu başqalarına yoluxdurmasın. Pandemiya dövründə həmin həlqəni qırmaq üçün maska taxılmalı, iki metr sosial məsafə saxlanılmalı və əl gigiyenasına diqqət yetirilməlidir. Peyvənd tapılmadığına görə üçüncü halqa olan sağlam insanlar özlərini qorumalıdırlar. İlk növbədə, onlar maska taxmaqla yoluxmamağa çalışmalıdırlar. İkincisi, profilaktik müalicənin tətbiqi ilə virusdan mühafizə olunmaq olar. Yəni, sağlam insan xəstə yaşadığı evə gedibsə, yoluxuculuğu şübhə doğuran insanlarla təmasda olubsa, artıq profilaktik müalicə məsələsi meydana çıxır. COVID-19-un müalicəsində faydalı olan preparatlar az miqdarda profilaktik məqsədlə istifadə edilir. Həmin preparatları yalnız həkim məsləhəti ilə qəbul etmək olar. Sağlam qidalar, yəni meyvə-tərəvəz qəbul etmək və həkim məsləhəti ilə polivitamin preparatlarından istifadə etməklə immun sistemini gücləndirmək lazımdır. Hələlik bundan başqa səmərəli müdafiə variantı yoxdur”.

Professor bildirib ki, hazırda yoluxma sayı artdığına görə ev şəraitində müalicəyə icazə verilib. Xəstənin evdə qalaraq müalicə olunması da yoluxma ehtimalını çoxaltdığına görə vəziyyət gərginləşir. Yəni həmin evdə, həmin mənzildə yaşayan başqa insanların qorunması məsələsi meydana çıxır, çünki xəstə olan ev infeksiya mənbəyidir: “Bu sahədə bizim təkliflərimiz var. Belə olanda dezinfeksiya işləri ön plana çıxır. İki cür dezinfeksiya var: gündəlik və yekunlaşdırıcı. Gündəlik dezinfeksiya işini hər gün xəstənin ailə üzvləri aparırlar və dezinfeksiya edilməli yerlər məlumdur. Yekunlaşdırıcı dezinfeksiyanı isə xəstə müalicə müəssisəsinə götürüləndən sonra gigiyena-epidemiologiya mərkəzləri təşkil etməlidirlər. Bu barədə dezinfeksiya stansiyaları və sahə həkimləri məlumatlı olmalıdırlar. Xəstə stasionar müalicəyə alınandan sonra infeksiya ocağı aradan qaldırılmalıdır. Yekunlaşdırıcı dezinfeksiya tibbi orqanların işidir. Xəstənin ev şəraitində izolə edilməsi haqqında TƏBİB tərəfindən xüsusi protokollar hazırlanıb və orada dezinfeksiya ediləsi sahələr və istifadə edilməli dezinfeksiyaedici məhlulların adları da əks olunub.

Koronavirus infeksiyası ətrafımızda 2 gündən 9 günə qədər yaşayır. Virusun üzərinə Günəş şüaları düşəndə öz infeksiya qabiliyyətini bir neçə saatdan çox saxlaya bilməz. Lakin nəm və qaranlıq mühitə düşəndə onun yaşamaq müddəti uzanır və dezinfeksiya olunmadıqda orada 9 günə qədər qalır”.

A.Qurbanov deyib ki, mutasiya cəhətdən təhlükəli olan RNT tərkibli iki virus var: “Onlar içərisində qrip virusu və koronavirusu xüsusi qeyd etmək istərdim. Həmin viruslarda mutasiya gedə bilər. Hazırda koronavirusun mutasiyası getsə də, proses tam baş vermir, yəni virus sadəcə müəyyən dəyişikliklərə uğrayır. Mutasiyanın iki cəhəti var. Virus mutasiyaya uğrayıb virulentliyini, yoluxma qabiliyyətini daha da gücləndirə bilər. Bu gün daha çox ağciyəri, sabahı gün daha çox böyrəkləri və ya başqa orqanları zədələyər. Tam mutasiya olunanda bunları gözləmək olar. Digər tərəfdən mutasiya nəticəsində virusun infeksionluğu azalar və o, adi qrip, klassik koronavirus kimi ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib