Prospektdə hərəkət edən yük avtomobilinin təkərləri yerindən çıxıb VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında hərəkətdə olan yük avtomobilinin təkərləri yerindən çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qeydə alınan bu hadisədən hər bir sürücü nəticə çıxarmalıdır. “Sürücülər bilməlidirlər ki, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmalı və yaranmış problem həll edilməlidir. Əks təqdirdə qəzaların baş verməsi qaçılmaz olacaq”, - deyə məlumatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:50]
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub
- 09.06.2026 [18:18]